Dünya

Tailandda turistləri daşıyan qayıq qayalara çırpıldı: Beş yaşlı qız həlak oldu

Sharing is caring!


Mayton adası (Phuket əyaləti) ərazisində turist qayığının qayalara çırpılması nəticəsində beş yaşlı bir qız həlak olub, altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərin Rusiya vətəndaşları olduğu bildirilib.

Bu barədə Rusiyanın Phuketdəki baş konsulu Vladimir Sosnov məlumat verib.

Məlumata görə, yaralananlar xəstəxanaya yerləşdiriliblər və onlara tibbi yardımla yanaşı, konsulluq tərəfindən hüquqi yardım da göstərilib.

Qeyd olunub ki, qayıqda başqa ölkələrdən də turistlər olub. Zərərçəkənlərin ümumi sayı dəqiqləşdirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir