Kriminal

Özünü vəzifəli şəxs kimi təqdim edənlə bağlı qərar çıxarıldı

Sharing is caring!

Ali Məhkəmədə özünü vəzifəli şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhddə və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərid Kərimlinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Kərimli 5 il müddətinə azadlıqdan məhrum olunub. Hökmə əsasən, F.Kərimli məhkəmə zalında həbs olunub.

İttihama görə, əvvəllər məhkum olunmuş Fərid Fərəməz oğlu Kərimli Aygün Mirzəyevaya qarşı 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib.

F.Kərimliyə qarşı Cinayət Məcəlləsinin dələduzluğa cəhd, rüşvətə təhrik etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə ittiham elan olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir