Cəmiyyət

Qızıl Aypara Cəmiyyətinin həbsdə olan bölmə sədri ilə bağlı QƏRAR

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ülviyyə Balayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Xəzər Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə onun zərərçəkmişlərdən birinin 5 000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından həmin epizodda cinayət təqibinə xitam verilib. Digər zərərçəkmiş şəxsin hazırkı işdə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2022-ci ilin yayında yaydığı məlumata əsasən, Şirvan şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat tədbiri nəticəsində şəhər sakini Ü.Balayeva saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksəkmaaşlı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

İttihama görə, qadın 11 vətəndaşa qarşı 43 min manatdan çox dələduzluq edib.

Xatırladaq ki, Ü.Balayeva Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir