Cəmiyyət

Bakıda “Range Rover”dən oğurluq edilib

Sharing is caring!


Bakıda maşınlardan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Lökbatan qəsəbəsi ərazisində “Range Rover” markalı bir avtomobildən mobil telefon, VAZ-2115 markalı bir avtomobildən 300 ABŞ dolları, VAZ-2104 markalı digər avtomobildən isə 400 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 32 yaşlı Mübariz Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir