Dünya

Türkiyədə məhkəmə İsveçdə Quranı yandıran şəxs barədə həbs qərarı çıxarıb

Sharing is caring!


Ankara İkinci Sülh Cəza Məhkəməsi Danimarkanın ifrat sağçı “Sərt Kurs” partiyasının lideri Rasmus Paludan haqqında həbs qərarı çıxarıb.

Türkiyə Baş Prokurorluğu hələ yanvarın 21-dən Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandan R.Paludanla bağlı araşdırmalara başlamışdı.

Rasmus Paludan “əhalinin bir hissəsi tərəfindən qəbul edilən dini dəyərləri açıq şəkildə təhqir etmək”də ittiham olunur.

Xatırladaq ki, yanvarın 21-də R.Paludanın Türkiyənin Stokholmdakı diplomatik nümayəndəliyi qarşısında Quranı açıq şəkildə yandırması Türkiyə ilə İsveç arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Siyasətçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib və Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir