Kriminal

Bakıda narkotik satan dəstə üzvləri ələ keçdilər – VİDEO

Sharing is caring!


Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçiriblər.

Bu barədə Daxili İşlər Naziliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

Əməliyyatlar zamanı 1992-ci il təvəllüdlü Bahadur Vəliyevdən 2 kiloqram marixuana götürülüb. Tədbirlərin davamı olaraq ona narkotik vasitəni satan Xırdalan şəhər sakini 1990-cı il təvəllüdlü Nurlan Tağıyev də tutulub. Sonuncunun üzərindən və yaşadığı ünvandan 3 kiloqrama yaxın marixuana, heroin, metamfetamin və 31 ədəd metadon həbi aşkar olunub. Daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılan 1995-ci il təvəllüdlü Fərid Dadaşovdan isə 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Cəbrayıl Səttarzadə və onun rəhbərlik etdiyi dəstənin digər 3 üzvündən 1 kiloqrama yaxın tiryək, 1 ədəd “Kalaşnikov” avtomat silah, daraq və 19 ədəd patron aşkar olunub. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 95 nəfər saxlanılıb. Vətəndaşlarla aparılaran profilaktik söhbətlərin nəticəsi olaraq 9 ədəd odlu silah və 3500 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir