Cəmiyyət

Şəhid anası: “Füzulidə bizimlə görüşdə Prezidentin kövrəlməsi mənə çox təsir etdi” – FOTO/VİDEO

Sharing is caring!


“Artıq bir neçə gündür ailə üzvlərimlə birgə Füzuli şəhərində yeni salınmış yaşayış kompleksində yaşayıram. Mənim oğlum Ülvi antiterror tədbirlərində iştirak edərkən şəhid olub. Mən nə qədər kədərlənsəm də, Füzulimin azad olunmasına görə bir o qədər də qürurluyam”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli Şəhəri Günündə Prezident İlham Əliyevin Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak etmiş, şəhid Ülvi Mikayılovun anası Günel Abbasova deyib.

Prezident İlham Əliyev ilə görüşünün ona əvəzolunmaz hiss bəxş etdiyini vurğulayan G.Abbasova bildirib ki, Ali Baş Komandanı yaxından görmək qürurverici idi:

“Bu görüşün təsirindən həm də kövrəldim. Prezidentimiz bizimlə görüşdə bildirdi ki, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Prezident İlham Əliyev bu sözləri deyərkən oğlumun timsalında bütün şəhidlərimiz gözümün önündə canlandı. Dövlət başçısının nitq söyləyərkən kövrəlməsi mənə çox təsir etdi. Azərbaycan Prezidentinin halımı bir çox insandan yaxşı başa düşməsi məni sakitləşdirdi. Mən canlı şahidi oldum ki, o, şəhid analarına necə diqqət və qayğı ilə yanaşır. Dövlətin qayğısını daim hiss edirik. Mən şəhid anası kimi övladımla fəxr edirəm. Arzum budur ki, Uca Yaradan Prezident İlham Əliyevi daim var etsin. Mən Prezidentimizlə qürur duyuram”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir