Cəmiyyət

Füzulidə inşa edilən idman kompleksinin ümumi sahəsi 17 hektar olacaq

Sharing is caring!


“Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli şəhərində təməlini qoyduğu idman kompleksinin ümumi sahəsi 17 hektar olacaq”.

“Report” xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev bildirib.

O qeyd edib ki, kompleksin Baş Planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək. Bundan başqa, kompleksdə 100 yerlik tamaşaçı tribunası olan üzgüçülük zalı, güləş, cüdo, boks, karate növü üzrə məşq və trenajor zalları yaradılacaq. Binada inzibati otaqlar, kafe, anbar və digər texniki sahələr də nəzərdə tutulub. Burada, həmçinin, sauna və masaj otaqları, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar olacaq.

Plana əsasən, ərazidə süni ot örtüklü minifutbol meydançası, açıq havada idman alətləri ilə təchiz edilmiş meydança və texniki bina da yaradılacaq.

Kompleks dövlət başçısının 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir