Cəmiyyət

Azərbaycanda tələbə vəfat edib

Sharing is caring!


Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə Universitetin sosial şəbəkə hesablarında məlumat yayılıb.

Bildirilib ki, 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir