Dünya

İsraildə HƏMAS-la saziş layihəsi təqdim olunub

Sharing is caring!


İsrailin “Mossad” kəşfiyyat xidmətinin direktoru David Barnea Fələstinin HƏMAS hərəkatı ilə hərbi əməliyyatların müvəqqəti dayandırılması və girovların mübadiləsinə dair potensial saziş layihəsini təqdim edib.

Məlumata görə, əməliyyat bir neçə mərhələdə baş verə bilər. Birinci mərhələdə 35 israilli qadın 35 gün müddətinə hərbi əməliyyatların dayandırılması müqabilində azad edilə bilər. İkinci mərhələ üzrə danışıqların aparılması üçün müqavilənin daha bir həftə uzadıla biləcəyi vurğulanır. Daha sonra mülki müdafiə üzvləri, İsrail Müdafiə Qüvvələrinin gəncləri və əsgərlərinin azad ediləcəyi gözlənilir.

Bundan əvvəl Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının uzun müddətə azadlıqdan məhrum edilənlərin azadlığa buraxılmasını tələb etmədən fələstinlilərin mərhələli şəkildə azad olunmasına razılıq verdiyi bildirilirdi.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir