Cəmiyyət

Şuşa könüllüsü: “Tələblərimiz tam yerinə yetirilmədiyi təqdirdə aksiyanı yenidən başlada bilərik”

Sharing is caring!


“Tələblərimiz tam yerinə yetirilmədiyi təqdirdə aksiyanı yenidən başlada bilərik”.

Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına “Qayıdış Könüllüləri” Proqramının “Şuşa Könüllüləri” qrupunun könüllüsü Arif Quluzadə deyib.

Könüllü bildirib ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi onları çox sevindirib:

“Bildiyiniz kimi ekoloji aksiyamız 138 gün idi davam edirdi. 23 aprel 2023-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Laçın yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsi yaradıldı. Bu gün dövlət nümayəndələri ilə olan danışıqlarımıza əsasən aksiyamızı müvəqqəti dayandırmaq qərarı qəbul edildi. Bir daha bəyan edirik ki, bizim tələblərimiz qismən yerinə yetirilib. Bizim tələblərimiz tam yerinə yetirilmədiyi təqdirdə aksiyanın başlamaq öhdəliyi yenidən bizim üzərimizdədir, aksiyanı yenidən başlada bilərik”.

Qeyd edək ki, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası bu gün saat 18:00-dan müvəqqəti dayandırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir