Kriminal

Bakıda “Range Rover”in sərxoş sürücüsü həbs edilib

Sharing is caring!


Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərxoş halda avtomobil idarə edən şəxsi saxlayıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gecə saat 01:50 radələrində baş verib.

Belə ki, “Range Rover” markalı 77-MF-774 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Adil Mayıl oğlu Əliyev paytaxtın Üzeyir Hacıbəyli küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edib.

Buna görə yol-patrul xidməti əməkdaşı tərəfindən “saxla” işarəsi verilib, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi məlum olub.

Sürücü barəsində müvafiq sənədləşmə aparılıb və toplanmış materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Əliyev inzibati qaydada həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir