İqtisadiyyat

AMB-də jurnalistlərə təlim keçirildi – FOTO

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankda media nümayəndələri üçün təlim keçirilib.

Təlimdə bildirilib ki, əsas hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin makroiqtisadiyyat və maliyyə sistemi, xüsusən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Pul və maliyyə sabitliyi siyasətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Bank tərəfindən bu xüsusda media nümayəndələri üçün ənənəvi olaraq mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər, həmçinin “Açıq qapı” tədbirləri təşkil olunur.

Bu prosesin davamı olaraq 5-6 oktyabr tarixlərində Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti təlim təşkil olunub.

Təlimlərdə Mərkəzi Bankın tətbiq etdiyi prudensial tənzimləmə çərçivəsi, kapital bazarlarının üstünlükləri, həmçinin Milli Depozit Mərkəzinin fəaliyyət istiqamətlərinə dair mövzularda təqdimatlar keçirilib.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir