Kriminal

Bakıda atanın ögey qızı tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI məlum oldu: Dəfələrlə… – VİDEO

Sharing is caring!


Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıblar.

Hadisə ilə bağlı qonşular İTV-yə bildiriblər ki, oxşar hadisə artıq bir neçə dəfə təkrarlanıb.

İddialara görə, 17 yaşlı gənc tufeyli həyat tərzi sürüb. Bu səbəbdən də ögey atası ilə aralarında dəfələrlə münaqişə yaşanıb.

Zərərçəkənin bacısı E.Xəliovun övladları ilə mehriban davrandığını bildirib. O əlavə edib ki, 17 yaşlı qız nişanlı olsa da 15 yaşında qoşulub qaçıb:

“Qardaşım mənə görə onu evdə saxlamışdı. Onun bir çox pis əməlləri olub. Mən hamısını danışmaq istəmirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir