Siyasət

Mirzoyan: “Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında birbaşa əlaqə mövcuddur”

Sharing is caring!


“Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında birbaşa əlaqə mövcuddur”.

Ermənistan mediasının məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

A.Mirzoyan qeyd edib ki, birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil.

“Bu əlaqə iki ölkənin Xarici İşlər nazirlikləri və sahədə işləyən bir sıra qurumlar arasında da mövcuddur. Sülh müqaviləsi ilə bağlı təkliflərin mübadiləsi və ya bu mövzuda məzmunlu müzakirələr Xarici İşlər nazirlikləri arasında aparılır”, – deyə erməni nazir bildirib.

Onun sözlərinə görə, eyni zamanda, digər kanallar vasitəsilə qeyri-rəsmi müzakirələr aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir