Mədəniyyət

İspaniyada ilin ilk ensyerrosundan maraqlı görüntülər – FOTO/VİDEO

Sharing is caring!


İspaniyanın Pamplona şəhərində San Fermin festivalı çərçivəsində ilin ilk öküz qaçışı (ensyerro) keçirilir. Yarışla bağlı sosial şəbəkələrdə maraqlı görüntülər paylaşılıb.

Navarranın hamisi müqəddəs Ferminin şərəfinə keçirilən festival bir həftə davam edəcək. Tədbirin əsas hissəsi öküzlərlə gündəlik qaçışdır. Bu zaman yüzlərlə insan dar küçə ilə bir neçə dəqiqə qaçır.

Yarışda həm yerli sakinlər, həm də turistlər iştirak edə bilər. Qaçmağa cəsarət etməyənlər tamaşanı təhlükəsiz yerdən izləyə bilərlər.

Qeyd edək ki, hər il festival zamanı yarış iştirakçılarının xəsarət alması halları olur. Qırmızı Xaç Cəmiyyətinin regional bölməsinin məlumatlarına görə, builki ensyerroda da ən azı altı nəfər xəsarət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir