Kriminal

Binəqədidə qardaş qardaşını bıçaqlayıb

Sharing is caring!


Dekabrın 7-də saat 1 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində 1965-ci il təvəllüdlü Vasif Fətəli oğlu Fətəliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən V.Fətəliyevin qardaşı Bayram Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir