Cəmiyyət

Nazir: “Söyüdlüdəki tullantıxana ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb”

Sharing is caring!


“Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, tullantı anbarı ilə bağlı icazələrin alınmasında bir sıra uyğunsuzluqlar aşkarlanıb:

“Bəzi sənədlər də Gədəbəy Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Eyni zamanda, Söyüdlü kəndində irihəcmli sosial iqtisadi layihələr həyata keçirilməyib. Bu da istər-istəməz kəndlilərin narazılığına səbəb olub”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir