Cəmiyyət

Söyüdlüdəki şirkət fəaliyyətini müvəqqəti dayandırır – Nazir AÇIQLADI

Sharing is caring!


“Sabah Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın növbəti iclası olacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə yaradılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, bundan sonra detallı məlumat veriləcək. 

Nazir qeyd edib ki, sözügedən anbar 2011-ci ildə tikilib:

“Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. Hazırda mövcud tullantı anbarının istismar müddətinin bitməsinə üç aydan az vaxt qaldığı, ikinci anbarın tikintisinə razılıq verilmədiyi məlum olub. Şirkətə fəaliyyətini müvəqqəti dayandırması təklif olunub”.

O qeyd edib ki, təkliflərlə bağlı razılıq əldə olunub. 

M.Babayev əlavə edib ki, Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər aparılmasa, pay bölgüsü ilə bağlı daha sərt addımlar atılacaq.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir