Kriminal

Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb

Sharing is caring!


Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Yevlax rayon sakini Şakir Şadmanov Yasamal rayonu ərazisində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun üzərinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahatı alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədilə özündə saxladığını bildirib. Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir