Dünya

İngiltərə və Uelsdə nikah yaşı 18-ə qaldırıldı

Sharing is caring!

İngiltərə və Uelsdə evlənmək üçün minimum yaş həddi 16-dan 18-ə qaldırılıb. Qüvvəyə minmiş qanun gənc qızları məcburi nikahlardan qorumaq üçün nəzərdə tutulub.

Britaniya hökumətinin saytında dərc olunmuş press-relizdə qeyd edilir:

“Bundan sonra sosial cəhətdən həssas uşaqların nikahlarını təşkil etməklə istismar edilməsi qanunsuzdur. Üstəlik, bu cür nikahların təşkili istənilən şəraitdə cinayət məsuliyyətinə çevrilir”.

“Zorakı olub-olmamasından asılı olmayaraq” – yeni qanuna görə, uşaq nikahlarının təşkilində təqsirli bilinən şəxsləri indi 7 ilə qədər həbs gözləyir. Əvvəllər evlilik yalnız məcburiyyət tətbiq edildikdə cinayət sayılırdı.

İndi qanunun qüvvəyə minməsi ilə hətta valideynlərin razılığı olsa belə, 16-17 yaşlı yeniyetmələrin ailə qurmasına icazə verilməyəcək.

Şotlandiya və Şimali İrlandiyada isə nikah üçün minimum yaş valideynlərin razılığı ilə 16 olaraq qalır.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir