Kriminal

Bacısını uşaqlarının gözü önündə öldürüb

Sharing is caring!


Bu ilin 24 iyun tarixində Bərdə rayonunda 1988-ci il təvəllüdlü Vəfa Nurəddin qızı Həsənovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirmiş qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovun məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə H.Həsənov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, V.Həsənova 2006-cı ildə ailə həyatı qurub və 3 övladı olub. Üç il əvvəl onun həyat yoldaşının gözləri tutulub. Bir müddət sonra isə V.Həsənova kiçik övladı ilə birgə yaşadığı evi tərk edib. Bundan sonra H.Həsənov bacısı barədə yaxınlarından məlumat alıb və onu evə qaytarıb. Lakin o, bacısı barədə söz-söhbətlərdən təsirlənərək onun yaşadığı evə gələrək uşaqlarının və həyat yoldaşının yanında bıçaq zərbələri ilə qətlə yetirib.

Məhkəmədə Vəfa Həsənovanın hüquqi varisi onu qətlə yetirən və 3 uşaq atası olan Həsəndən şikayətçi olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənova 14 il həbs cəzası verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir