Dünya

Türkiyə Rusiya ilə Ukrayna arasında humanitar dəhliz üçün öz ərazisini təklif edib

Sharing is caring!

Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets bazar günü bildirib ki, Türkiyə yaralıların və mülki şəxslərin geri qaytarılması üçün Rusiya və Ukrayna arasında humanitar dəhliz yaratmaq məqsədilə öz ərazisindən istifadə etməyi təklif edib.

“Türkiyə tərəfinin ideyası ondan ibarətdir ki, onlar vasitəçi olmaq, Rusiya Federasiyası ilə öz əlaqə kanallarından istifadə etmək, mülki vətəndaşlar və yaralı əsgərlərin öz ölkələrinə qaytarılmasına şəraait yaratmaq istəyirlər. Biz də bu barədə danışmışıq. Rusiya əvvəlcə həmin şəxsləri Türkiyəyə təhvil verəcək, Türkiyə isə öz növbəsində onları Ukrayna ərazisinə qaytaracaq”, – deyə o, Ukraynanın “Rada” telekanalının efirində bildirib.

Bununla yanaşı, Lubinets qeyd edib ki, bu, yalnız tərəflərin müzakirəsini davam etdirdiyi bir təklifdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir