Kriminal

Yemək bişirməyən arvadını döyən kişi cəzasız qaldı

Sharing is caring!


Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Səməd Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Səməd Əkbərov evdə olan zaman həyat yoldaşı Dünya Ələkbərova (şərti) ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə o, şüşə bakalla qadının ayağından, sərinkeşlə isə kürəyindən vuraraq, ona qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib.

Məhkəmə iclasında Səməd Əkbərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, həyat yoldaşı Dünyadan yemək istəyib, qadın ona yemək bişirmədiyini deyib. Mübahisə də elə bunun üstündə baş verib. Daha sonra o, arvadını vurduğunu bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir