Kriminal

Şərurun hərbi komissarı sərəncama götürülüb, barəsində cinayət işi açılıb

Sharing is caring!


Şərur rayonunun hərbi komissarı sərəncama götürülüb, barəsində cinayət işi başlanıb.

APA-nın əldə etdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin rəisi Həsən Məmmədov sərəncama götürülüb.

Onun vəzifələri müvəqqəti olaraq müavininə tapşırılıb.

Eyni zamanda, onun barəsində cinayət işi açılıb və dördaylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir