Kriminal

Prokuror Bakıda müəllimi yandıraraq öldürməkdə təqsirləndirilən şəxsə 20 il həbs cəzası istəyib

Sharing is caring!


Bakının Qaradağ rayonunda qadını öldürərək yandırmaqda təqsirli bilinən 1985-ci il təvəllüdlü Orxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda prokuror Fuad Musayev çıxış edib.

Dövlət ittihamçısı O.Novruzovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin mayın 27-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib.

Belə ki, mayın 27-i saat 07 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən Xuraman Həsənova orta məktəbin müəllimi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir