Dünya

Dünyada çox varlı insanların sayı azalıb

Sharing is caring!

Nyu-Yorkda yerləşən “Wealth-X” Araşdırma Mərkəzinin çərşənbə günü dərc etdiyi hesabata görə, sərvəti 30 milyon dollar və ya daha çox olan insanların sayı 2018-ci ildən bəri ilk dəfə 6% azalıb.

Hazırda belə şəxslərin sayı 392 410 nəfərdir.

Azalmanın təsir etmədiyi yeganə ölkə Çindir. Belə ki, burada zənginlərin sayı 2,3% artıb.

Analitiklərin fikrincə, belə dəyişikliklərin səbəbləri arasında Ukraynadakı münaqişənin yaratdığı iqtisadi sarsıntılar var. Onlar həmçinin qeyd edirlər ki, son illərin tarixi maksimumlarından sonra ən zəngin insanların ümumi sərvəti 11% azalaraq 41,8 trilyon dollara çatıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir