Kriminal

Azərbaycandan qanunsuz yolla Avropaya keçmək istəyən əcnəbilər saxlanılıblar – FOTO

Sharing is caring!


Azərbaycan ərazisindən qeyri-qanuni tranzit yolu kimi istifadə edərək Avropa ölkələrinə getmək istəyən əcnəbilər saxlanılıblar.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, sentyabrın 9-da saat 21:44-də “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Nepal Federativ Demokratik Respublikasının vətəndaşları – 2001-ci il təvəllüdlü Karkı Ghımıre Renuka, 1994-cü il təvəllüdlü Bahattaraı Menuka, 1997-ci il təvəllüdlü Pantha Bal Krishna, 1986-cı il təvəllüdlü Raut Dıp saxlanılıblar.

Qeyd edilib ki, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Portuqaliyaya miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.

DSX-dən həmçinin bildirilib ki, sentyabrın 10-da saat 13:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan İran vətəndaşı – 1977-ci il təvəllüdlü, Parsabad şəhər sakini Həmidi Bəhmən Hacımahmud sərhəd pozucusu qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozduğu müəyyən olunub.

Eləcə də, sentyabr ayının 10-da saat 21:45-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları – 1993-cü il təvəllüdlü Seraj Helaluddin Serajeddin və 1997-ci il təvəllüdlü Haidari Ezatulla Abdulkasım sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozmaları müəyyən olunub.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir