İqtisadiyyat

Nazir Naxçıvandakı islahatlardan DANIŞDI

Sharing is caring!

“Naxçıvanda aparılan islahatlar nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin artması ilə bağlı gözləntilər var”.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi deyib.

“Əvvəlcədən nəsə demək düzgün olmaz. Bununla bağlı daha ətraflı məlumat veriləcək”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 28-də Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilərək Baş İdarə yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir