Kriminal

Cavanşir Məmmədovun qızına qarşı dələduzluq edən Türkiyə vətəndaşı məhkəmə zalında həbs edilib

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Kemal Mustafa altı il altı ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Xatırladaq ki, prokuror onun səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. O iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar alıb və geri qaytarmayıb. M.İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir