Cəmiyyət

Oğurluq edib yandırdığı evin sahibləri tərəfindən döyüldü

Sharing is caring!

Zaqatala rayonunda keçmiş məhkum döyülüb.

Oxu.Az-ın məlumatına görə, Ramazan Tahir oğlu Bədəlov iki nəfər tərəfindən döyüldükdən sonra Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

R.Bədəlov bir neçə il əvvəl tanışı ilə əlbir olaraq ona xəsarət yetirən həmkəndlisinin evindən oğruluq edib, daha sonra onlar evi yandırıblar.

Həmin oğurluq edilən evin sahibləri onu döyüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-a bildirib ki, tərəflər Rayon Polis Şöbəsinə dəvət olunub:

“Mübahisənin hansı zəmində baş verməsi ilə bağlı təhqiqat araşdırmaları aparılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir