İdman

Dünya çempionu: “Rəqibin adı məni həyəcanlandırmırdı”

Sharing is caring!

“Dünya çempionatına kəmər qazanmaq üçün yollanmışdım. Finala qədər 4 görüş keçirdim. Hamısında rahat qələbə qazandım”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-17 dünya çempionatında qızıl medal qazanması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

49 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, onun üçün ən maraqlı qarşılaşma finala təsadüf edib:

“Həlledici görüşdə Yaponiya güləşçisi Mihoko Takeuçi ilə qarşılaşdım. Əslində rəqibin hansı ölkədən olması önəmli deyil. Önəmli olan sənin qarşına qoyduğun məqsəddir. Yaponiya güləşçisinin finaladək bütün görüşlərini vaxtından əvvəl qələbəylə başa vurması məni həyəcanlandırmırdı. Çünki qələbə qazanacağıma əmin idim”.

Ötən il dünya çempionatında gümüş medal qazandığını xatırladan Məmmədova həmin vaxt kəmərin bir addımlığında büdrədiyini söyləyib:

“Bu dəfə dünya çempionatına sırf kəməri əldə etmək üçün yollanmışdım. Ona görə də rəqibimin kimliyi, hansı güləşçiyə hansı hesabla qalib gəlməsi mənim üçün maraqlı deyildi. Finala psixoloji cəhətdən yaxşı hazırlaşdığım üçün nəticə istədiyim kimi oldu”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir