Kriminal

Lənkəran sakini həbsdəki qardaşına narkotik ötürmək istəyib

Sharing is caring!


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Sultan oğlu Əkbərovla qısamüddətli görüşə gələn qardaşı, Lənkəran rayon sakini Qüdrət Sultan oğlu Əkbərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı cins şalvarın cibində gizlədilmiş bir ədəd sellofan bükülüdə ümumi çəkisi 0,091 qram olan narkotik vasitə – tiryək aşkar olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir