İdman

Azərbaycanlı hakim EEVZA çempionatına təyinat alıb

Sharing is caring!


Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında hakimlik edəcək.

“Report” xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Litva, Estoniya və Polşa yığmaları mübarizə aparacaqlar.

Bu gün startı veriləcək çempionata noyabrın 26-da yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir