Kriminal

Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar – FOTO

Sharing is caring!


Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Şükür Abdullayev və qardaşı Elçin saxlanılıblar. Əvvəllər məhkum olunmuş və hazırda da azadlıqları məhdudlaşdırıldığına görə elektron qolbaqla təchiz olunmuş qardaşların evindən və üzərindən narkotik vasitələr aşkar edilib. Belə ki, yaşadıqları evə baxış zamanı Ş.Abdullayevə məxsus 2 kiloqram 270 qram marixuana və yarım kiloqram heroin, E.Abdullayevin üzərindən isə heroin bükümü müəyyən olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbirlə oğurluq əməlində şübhəli bilinən şəxs də saxlanılıb. Belə ki, avtoyuma məntəqəsindən buxar aparatının oğurlandığı barədə polisə məlumat daxil olub. Məlumat əsasında aparılmış əməliyyat-axtarış nəticəsində oğurluqda şübhəli olan rayon sakini Rüfət Əliyev saxlanılıb. O, cinayəti törətməklə 2300 manat dəyərində ziyan vurub. Oğurlanmış əşya aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir