İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21% artıb

Sharing is caring!


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 4 milyard 580 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,1% çox vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son bir ildə neft-qaz sektoruna investisiyalar 25,8%, qeyri neft-qaz sektoruna investisiyalar isə 18,5% artıb.

4 ay ərzində istifadə olunmuş vəsaitin 2 milyard 620 milyon 200 min manatı və yaxud 57,2%-i məhsul istehsalı sahələrinə, 1 milyard 702 milyon 500 min manatı və yaxud 37,2%-i xidmət sahələrinə, 257 milyon 300 min manatı və yaxud 5,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 344 milyon manatını və yaxud 73%-ni daxili vəsaitlər təşkil edib, 3 milyard 252 milyon manatı və yaxud 71%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1%, büdcə vəsaitləri 36,7%, əhalinin şəxsi vəsaitləri 6,8%, bank kreditləri 3,7%, sair vəsaitlər isə 5,7% təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir