Kriminal

Bərdə sakinləri narkotiklə saxlandılar

Sharing is caring!


Bərdə sakinlərində narkotik aşkarlandı.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon sakinləri Pərviz Bədirov, Sərdar Talıbov, Vüsal Məmmədov və qardaşı Pərviz Məmmədov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkidə heroin və marixuana aşkar olunub.  

Davam etdirilən tədbirlərlə Pərviz Məmmədovun yaşadığı evə baxış zamanı oradan da heroin və qanunsuz saxladığı TOZ-16 markalı ov tüfəngi aşkar olunaraq götürülüb. 

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir