Dünya

Türkiyə Superliqasında İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”ı qəbul edəcək

Sharing is caring!


Bu gün Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” “Qalatasaray”ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı baş hakim Arda Kardeşlər idarə edəcək.

Hazırda 43 xala malik komandalar turnir cədvəlində 1-2-ci yerləri bölüşürlər. “Fənərbağça” yalnız top fərqinə görə ilk sırada qərarlaşıb.

Qeyd edək ki, bu, tərəflərin Superliqada 133-cü dueli olacaq. İndiyədək derbilərin tarixində 52 dəfə hazırkı meydan sahibləri, 37 dəfə isə “sarı-qırmızılar” qələbə qazanıb. Digər görüşlərdə isə heç-heçə qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir