İdman

“Sabah” – “Beşiktaş” oyununu yayımlayacaq telekanallar məlum oldu

Sharing is caring!


“Sabah”ın Türkiyənin “Beşiktaş” klubu ilə keçirəcəyi xeyriyyə oyununu yayımlayacaq telekanallar müəyyənləşib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanı Azərbaycanda iki telekanal canlı olaraq tamaşaçılara təqdim edəcək. Matç “İctimai” TV və “İdman” TV-də yayımlanacaq. Türkiyədə isə azarkeşlər “Kanal D” vasitəsilə oyunu izləyə biləcəklər.

Mayın 13-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 18:00-da start götürəcək. Oyundan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir