Kriminal

Göygöldə kişi qeyri-rəsmi münasibətdə olduğu qadın tərəfindən bıçaqlanıb – YENİLƏNİB

Sharing is caring!


Göygöldə bıçaq xəsarəti alan kişi qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən bıçaqlanıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. 

Belə ki, 1991-ci il təvəllüdlü Dürdanə Əliyeva münaqişə zamanı E.Süleymanova mətbəx bıçağı ilə xəsarət yetirib. 

D.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

09:16

Göygöl sakini bıçaq xəsarəti alıb.

Oxu.Az xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Elçin Süleymanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 35 yaşlı kişi özü özünə bıçaq xəsarət yetirib. Onun hansı səbəbdən özünə bıçaqla xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir