İdman

Mahir Emrelinin dubl etdiyi oyundan sonra baş məşqçi istefası – FOTO

Sharing is caring!

Xorvatiyanın “Riyeka” klubu  Zaqreb “Dinamo”suna biabırçı məğlubiyyətdən sonra baş məşqçi Serse Kosmini işindən uzaqlaşdırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında xəbər verilib.

“Serse Kosmi artıq “Riyeka”nın məşqçisi deyil. Futbol klubu Kosmiyə karyerasında uğurlar arzulayır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, oyun noyabrın 14-də keçirilib. 2:7 hesabı ilə qələbə qazanan “Dinamo”nun heyətində Azərbaycan millisinin hücumçusu Mahir Emreli dublla fərqlənib: 71-ci dəqiqədə meydana çıxan 26 yaşlı hücumçu bir dəqiqə sonra hesabı 1:6 edib. O, 85-ci dəqiqədə özünün ikinci, komandasının 7-ci qolunu vurub.

64 yaşlı Kosmi “Riyeka”ya 10 liqa matçında və iki kubok matçında baş məşqçilik edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir