Kriminal

Gəndob-Yalama yolundakı qəzada ölən və yaralanan şəxslərin kimliyi AÇIQLANDI – YENİLƏNİB + FOTO

Sharing is caring!


Gəndob-Yalama yolunda “KaMaz”la “TIR”ın toqquşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub. 

“Report”un xəbərinə görə, qəzada hər iki sürücü – Dağıstan Respublikası vətəndaşı, 1986-cı il təvəllüdlü Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd sakini, 1972-ci il təvəllüdlü Ayaz İskəndərov ölüblər, sərnişin Əmirxanlı kənd sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

21:06

Şabranda iki yük maşını toqquşub, ölənlər var.

“Report”un xəbərinə görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

İlkin məlumata görə, hadisəyə səbəb “KaMAZ” markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.

Faktla bağlı araşdırma aparılır.

20:02

Quba-Gəndob-Yalama yolunun 8-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, iki yük avtomobili toqquşub.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza zamanı “KamAZ” və TIR toqquşub.

Hadisə nəticəsində “KamAZ”ın sürücüsü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir