Şou-Biznes

“Arvadımın psixologiyası pozulub” – Tanınmış model

Sharing is caring!

Türkiyənin məşhur model və aktyoru Tolgahan Sayışman diqqətçəkən açıqlama verib.

Lent.az xəbər verir ki, zəlzələ bölgələrində könüllü çalışan Tolgahan jurnalistlərə Ramazan ayı bitəndən sonra yenə o ərazilərə gedəcəyini bildirib. 

Bundan başqa, o, həyat yoldaşı Almeda Abazinin baş verən dəhşətli hadisələrdən sonra psixologiyasında problemlərin yarandığını deyib:

"Ailəmi, özümü xilas etsəm belə, ağlım sevdiyim insanlarda – sizdə olacaq. Ümid edirəm ki, bir də elə pis günlər yaşamarıq. Almedanın da zəlzələ baş verən gündən bəri psixologiyası pozulub. Həmişə yaxınında olmağımı istəyir. Heç asan deyil. Ümid edirəm bu günləri tez zamanda adlayarıq".

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir