Kriminal

Söyüşə görə bazarda dava düşdü

Sharing is caring!

Ağdaş şəhərində yerləşən bazarlardan birinin qarşısında dava düşüb. 

Oxu.Az-ın məlumatına görə, 1960-cı il təvəllüdlü Ərəb kənd sakini Sakit Məhərrəmovla 33 yaşlı həmkəndlisi İsmayıl İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Daha sonra S.Məhərrəmov İ.İbrahimovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisə söyüşə görə baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov saytımıza bildirib ki, bıçaqlanan şəxsin xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub:

“S.Məhhərrəmov isə saxlanılaraq izahatı alınıb. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir