Dünya

Ukraynaya İran istehsalı olan kamikadze-dronlarla hücum: Ölən və yaralananlar var – VİDEO

Sharing is caring!

Rusiya qoşunları ötən gecə səhərə kimi İran istehsalı olan kamikadze-dronlarla Ukraynaya hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” hesabında qeyd edilir.

Rusiyalı hərbçilərin ölkənin şimal və qərb bölgələrində 14 ədəd “Şahed” tipli PUA-dan istifadə etdikləri bildirilir. Onların 11-i Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Hücumlar nəticəsində Xmelnitski vilayətində bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

Yaşayış evləri zərər çəkib. Yanğınların söndürülməsi istiqamətində işlər davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir