Kriminal

33 yaşlı kişini öldürən tanışı tutuldu

Sharing is caring!

Sumqayıtda 33 yaşlı tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Belə ki, dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Azər Dadaşov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir