Kriminal

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıblar – FOTO/VİDEO

Sharing is caring!


Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Allahyar Məmmədov saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Üzərindən heroin aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni Elxan adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Allahyar Məmmədova narkotik maddəni 20 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elxan Əliyev də saxlanılıb. Üzərindən heroin aşkar edilən E.Əliyev istintaqa təhvil verilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində saxlanılan rayon sakini Firuddin Məmmədovdan isə heroin və şprislər aşkar olunaraq götürülüb.

Faktlarla bağlı polis şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir