Kriminal

Abşeronda mağazanın qarşısından 23 min manatlıq avtomobil ehtiyat hissələri oğurlanıb

Sharing is caring!

Abşeronda mağazanın qarşısından 23 000 manatlıq avtomobil ehtiyat hissələri oğurlanıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindəki ticarət mərkəzlərindən birindəki mağazanın qarşısından 23 000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Ənvər İmaməliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Səmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir