Kriminal

Bıçaqla hədələyib quldurluq edənlərin hər biri 8 il cəza aldılar

Sharing is caring!

Quldurluqda təqsirləndirilən Nicat Mikayılov və Səxavət Yunusova hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, N.Mikayılov və S.Yunusov hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı N.Mikayılov və S.Yunusovun hər birinin 9 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, N.Mikayılov və S.Yunusov aprelin 18-i saat 1 radələrində Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələməklə 400 manat pulunu alıb, kart hesabında olan 50 manat pulu isə öz hesablarına köçürüblər.

Daha sonra həmin şəxslər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir