Kriminal manset

Bacıoğlu həbsdə olan dayısına görə cinayət törətdi – Foto

Sharing is caring!

Bakıda həbsdə olan dayısına telefon aparan şəxs saxlanılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərAl.az-a verilən məlumata görə, Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum İsmayılov Fikrət Xəlil oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Goranboy rayon sakini Sadıqov Bilal Sadəddin oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan gödəkçənin cibində gizlədilən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 3 ədəd danışıq kartı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir